10 dəqiqəlik aviareys

19:13 9 Yanvar 2015
254 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avstriyanın "FlyNiki" aviaşirkəti 10 dəqiqəlik aviareys açır.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, yeni reys Vyana-Bratislava marşrutu üzrə hərəkət edəcək.

Bu marşrut üzrə ilk uçuşun aprelin 2-də həyata keçirilməsi planlaşdırılır. Biletləri şirkətin saytından 29 avroya əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Avstriya və Slovakiya paytaxtları arasında məsafə təqribən 80 kilometrdir. Dünyada ən qısa aviareysin müddəti təqribən 47 saniyədir. Bu avirayes Böyük Britaniyanın şimalında Vestrey və Papa Vestrey adalarını birləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2351571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR