Yük maşını atlını vurub öldürdü, sürücü aradan çıxdı

Yük maşını atlını vurub öldürdü, sürücü aradan çıxdı
19:17 9 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə magistral yolun 474-cü km-də, Qazax rayonu Qarapapaq kəndi ərazisində baş verib.
 
Yük maşını Ağstafa rayon Dağkəsəmən kənd sakini, 54 yaşlı Yusifov Yunis Vəkil oğlunu Qazax rayonu ərazisindəki bulaqdan atla su apararkən vurub. Y.Yusifov hadisə yerində ölüb, atın isə ayaqları sınıb. Hadisəni törədən sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR