"Barselona"nın baş məşqçisi Ernesto Valverde Arda Turanla bağlı açıqlama verib.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, o, jurnalistlərin türk futbolçuya cari mövsümdə bir dəqiqə belə şans verməməsinin səbəbləri ilə bağlı sualını cavablandırıb.
"Ardaya hər zaman hörmətlə yanaşıram və peşəkarlığına deyəcək sözüm yoxdu. Tibbi personalımıza da güvənirəm. Arda ayağından zədəli olduğunu deyirlərsə, deməli, bu belədi. Əsla oyunçularımın zədələri ilə bağlı şübhəli danışmaram. Oynamağa hazır olanları heyətə salıram" deyib.
Qeyd edək ki, Arda Turanın adı "Monako", "Arsenal" və "Qalatsaray"ın transfer siyahısında olduğu deyilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində