ABŞ-da həbsdə olan əri Rza Zərrabın həbsxanaya rüşvət qarşılığında qadın gətirtməsini etirafından sonra boşanmağa qərar verdiyi deyilən müğənni Ebru Gündeşin vəkili danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl Ebrunun yaxın rəfiqəsi Yeşim Salkım bu iddiaları yalanlasa da, şayiələr səngimək bilmirdi. Gündeşin vəkili müvəkkilinin boşanma ərizəsi ilə məhkəməyə müraciət etmədiyini söyləyib:
"Hazırda məhkəməyə verilmiş və ya yaxın zamanlarda verilməsi nəzərdə tutulan hər hansı boşanma ərizəsi yoxdur. Prosesi yaxından izləyirik".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində