Bakıda divarının uçması təhlükəsi yaranıb

Bakıda divarının uçması təhlükəsi yaranıb
19:39 9 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Bakı və Abşeron yarımadasına yağan qarın əriməsi nəticəsində Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanındakı iri ölçülü istinad divarının beton bloklarında qabarma və çatlar əmələ gəlib.

 

Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib ki, baş vermiş hadisə uçqun prosesinin ilkin mərhələsidir: “Buxta küçəsində hündürlüyü 7 metrə yaxın istinad divarı uçqun prosesinə məruz qalsa, ondan 3 metr aralıdakı fərdi yaşayış evi üçün ciddi təhlükə yarada bilər. Həmin ərazidə məcburi köçkünlər məskunlaşıb. Səhv etmirəmsə, orada 6 ailə yaşayır".

 

S. Əmiraslanov ötən illər ərzində adıçəkilən ərazidə bir neçə dəfə uçqunun baş verdiyini qeyd edib: “Buxta küçəsi yüksək maililiyə malik yamacda yerləşir. Pilləvari küçələrdən ibarət olan ərazidə terraslaşma işləri həyata keçirilib, həmin terraslaşma işlərindən sonra istinad divarlarının və bir-birinə yaxın fərdi yaşayış evlərinin inşası həyata keçirilib. Ötən illər ərzində həmin ərazidə uçqun hadisələri baş verib. Dediyim kimi, fərdi yaşayış evləri uçqun sahəsindən bir neçə metr kənarda aralıda yerləşir ki, bu da çox təhlükəlidir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR