Fidel Kastro öldü?

Fidel Kastro öldü?
19:46 9 Yanvar 2015
166 Digər
Ölkə mətbuatı
A- A+

Keniyada müxalifət lideri Raila Odinqanın Kastro ləqəbli oğlu Fidel Odinqanın ölümü bütün dünyada çaşqınlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, 41 yaşlı Odingayla bağlı xəbər Kubanın əfsanəvi lideri Fidel Kastronun öldüyü şayiələrinə yol açıb.

Keniya sabiq baş naziri Raila Odinqanın oğlu Fidel Kastro Odinqa dostları ilə birlikdə əyləndiyi gecədən sonra səhər saatlarında ölü tapılıb. Atası kimi ölkənin mühüm siyasətçilərindən biri olacağı gözlənilən Fidel Odinqanın dəqiq ölüm səbəbi isə hələlik məlum deyil.

Odinganın ölümü Keniyada böyük şok yaratmaqla yanaşı, sosial şəbəkələrdə də dünya miqyasında böyük səs-küy yaradıb.

Fidel Kastro Odinqa


Kubanın əfsanəvi liderinin 366 gündən bəri ictimaiyyətin qarşısına çıxmaması da bu iddiaları gücləndirib. Beləliklə, qısa müddətdə sürətlə böyüyən şaiyənin gerçək səbəbi ortaya çıxana qədər sosial media çalxalanıb.

Ancaq daha sonra Fidel Kastronun öldüyünə dair xəbərlərin həqiqət olmadığı, iddiaların mənbəyinin Keniyalı Fidel Odinqa olduğu məlum olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR