Xəbər verdiyimiz kimi, 2018-ci ildə baş tutacaq Dünya Çempionatının ötən gün püşkatma mərasimi keçirilib.
Publika.az xəbərinə görə, tədbirdə dünyanın ən yaxşı futbolçuları arasında göstərilən və media vasitəsilə tez-tez biri-birinin "bostanına daş atan" Maradona və Pele də iştirak edib.
Rusiya prezidenti Vladimir Putinin də qatıldığı tədbirdə hər kəsin marağında olan tək şey iki ulduzun bir-birinə necə münasibət göstərməsi olub. Maradona hamını təəccübləndirərək Pelenin alnından öpüb. Onların görüntüləri mediada geniş əks-səda yaradıb.
Zümrüd