Niderlandda da məscidə hücum etdilər

Niderlandda da məscidə hücum etdilər
20:28 9 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Niderlandın Vlardingen şəhərində məscidə hücum edilib.

Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata əsasən, mərakeşlilərə məxsus məscidə alışqan boya spreyi atılıb.

Məscidin nümayəndəsi bildirib ki, sprey məscidin qadınlar bölümünə atılıb və bu zaman məsciddə heç kəs olmayıb.

O, 1988-ci ildən bu şəhərdə olduqlarını və ilk dəfə bu cür halla üzləşdiklərini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR