Bu il 1 saniyə uzun olacaq

20:38 9 Yanvar 2015
294 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Paris Rəsədxanası bu ilin 1 saniyə uzun olacağını açıqlayıb.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Yer kürəsinin fırlanma sürətinin azalması göstərilir.

Aradakı fərqi azaltmaq üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2015-ci il iyunun 30-da günorta saatlarında baş verəcək.

Qeyd edək ki, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin getdikcə azalması səbəbindən 1972-ci ildən bəri saatlara 26 dəfə artıq saniyə əlavə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2351596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR