Putin ona cəza verməlidir

Putin ona cəza verməlidir
20:41 9 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan lideri Ramzan Kadırov "Эхо Москвы" radiostansiyasının baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir etməyə cəhddə günahlandırıb.

ANS PRESS-in məlumatına görə, Kadırov bildirib ki, baş redaktorunb bu hərəkəti Rusiyada etnik zəmində qarşıdurmalara səbəb ola bilər.

""Эхо Москвы" radiosunun rəhbəri Aleksey Venediktov Peyğəmbərin (s.a.s) karikaturasının kütləvi informasiya vasitələrində nəşr edilməsinin nə dərəcədə doğru olub-olmadığı barədə sorğu keçirir. Bu təxribat xarakteri daşıyır. Sorğu Rusiyada və dünyada yaşayan müsəlmanları təhqir edir, xaosa və qarşıdurmalara hesablanıb" , - deyə Kadırov İnstagram səhifəsində yazıb.

Onun sözlərinə görə, Venediktov radiostansiyanı "antiislam ruporu"na çevirib və Rusiyada yaşayan müsəlmanlar bunu çox yaxşı görürlər.

Çeçen lider Rusiya hökumətini radiostansiyada qayda-qanun yaratmağa çağırıb: "Əks halda Venediktovu başqaları cəzalandıracaq".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR