Ferrari brendi satılacaq

Ferrari brendi satılacaq
20:42 9 Yanvar 2015
254 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fiat Chrysler Automobiles NV qrupu Ferrari markasını satmağı planlaşdırır. Bu barədə Bloomberg xəbər verir. Qrupun direktorlar şurasının sədri, keçən il FIAT və Chrysler konsernlərinin birləşməsini başa çatdırmış Sercio Markione ziyanla işləyən şirkəti gələcək restrukturizasiyaya hazırlayır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, adətən aktivlərin konsolidasiyasına çalışan Markione öz şirkətini investorlar üçün daha cəlbedici edə bilməsi və bazarın digər iştirakçıları ilə gələcəkdə birləşə bilməsi üçün qeyri-profil Ferrari markasından yaxa qurtarmağa çalışır.
 
Ferrari –nin satışı 14 milyard dollar vəsait əldə etməyə imkan verəcək və bu pul perspektivli Asiya bazarlarını mənimsəməyə və dünyanın ən iri avtomobil istehsalçıları olan Volkswagen və Toyota ilə rəqabət aparmağa imkan verəcək güclü strukturun qurulmasına xərclənəcək. Ümumiyyətlə isə yaxın üç ildə sərmayə qoyuluşu 57 milyard dollardan az olmayacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR