Boğaz ağrısından necə xilas olaq?

Qrip sezonu başlayıb, boğaz ağrısı şikayətləri isə artıb.

Metbuat.az xarici KİV-ə istinadən, bununla bağlı qulaq-burun-boğaz həkimi Alasdair Macenin “Daily Mail” qəzetinə açıqlama verib.

Həkimin sözlərinə görə, əgər boğazınız ağrıyırsa çox danışmayın. Bu ağrını daha da şiddətləndirir. Seliyi yumşaltmaq üçün duzlu su ilə qarqara edin. Çay için. Çay boğazı qurutmadan ağrını yaxşılaşdırır. İsti içkilər və qəhvə içməyin. Alkoqol və kofein bədənin susuz qalmasına səbəb olur. Qriplə mübarizə aparmaq üçün immunitet sisteminizi gücləndirin. C vitamini almaq üçün portağal, sink ehtiyacınızı ödəmək üçün stridiya (ilbiz) yeyin. Qrip infeksiyası keçmədən siqaret çəkməyin.

Aysel Yaqubqızı / Metbuat.az

Siz 2 həftədə 10 kilo arıqlaya bilərsiniz - Bu pəhrizlə...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR