Aldığı zədələr səbəbilə bu mövsüm “Barselona”da forma geyinə bilməyən və qış transfer pəncərəsində Türkiyəyə qayıdacağı ehtimal edilən Arda Turan villasını satışa çıxarıb.

Publika.az xəbər verir ki, villanın ilkin qiyməti 5 milyon 450 bin dollar qoyulub.

Evin ilk fotolarını futbolçunun qardaşı Ozan Turan instaqram hesabından paylaşıb.

Qeyd edək ki, Arda Turan bu villasını keçmiş sevgilisi aktrisa Sinem Koballa evililik hazırlığı edərkən 5 milyon lirəyə almışdı.

Villanın yerləşdiyi küçədə məşhur müğənnilər Ajda Pekkan, Mahsun Kırmızıgül və Emre Belözoğlunun da villaları var.

Zümrüd