"Barselona" Messi üçün 500 milyon funta razılaşacaq?

"Barselona" Messi üçün 500 milyon funta razılaşacaq?
21:57 9 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "The Sun" qəzeti maraqlı iddia ilə çıxış edib. Burada Messinin hansı şərtlər daxilində "Çelsi"yə transfer oluna biləcəyi göstərilib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, mənbə argentinalı futbolçunun 500 milyon funt qarşılığında London klubuna keçmə ehtimalını yüksək qiymətləndirir. 2 gün öncə CIES tərəfindən futbolçuların reytinqi elan olundu. Bu reytinqdə Messinin transfer dəyəri 250 milyon avro göstərilib.

Qeyd edək ki, son günlər Messinin baş məşqçi Luis Enrike ilə yola getməməsi barədə xəbərlər yayılmaqdadır. İspaniya mediası Luis Enrikenin qarşısına ultimatum qoyulduğunu da yazır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR