“Normand dördlüyü”nün XİN nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

22:07 9 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 22:04 ]

Bakı-APA. Bu gün Ukrayna, Rusiya, Almaniya və Fransa xarici işlər nazirləri telefon vasitəsi ilə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-i  məlumat verib.

 

“Tərəflər Ukraynanın cənub-şərqindəki vəziyyətin sülh yolu ilə nizamlanmasını müzakirə ediblər. Həmçinin, Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini vurğulayıblar”, məlumatda bildirilir.

 

Qeyd edək ki, Rusiya XİN-i “Normand dördlüyü”nün xarici işlər nazirlərinin yanvarın 12-də Berlində baş tutacaq görüşünü təsdiqləyib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR