Öskürəkdən xilas olmaq üçün bunları edin

Öskürək bir çoxumuz üçün çox da önəmi olmayan qış şikayətidir.

Metbuat.az xəbər verir ki, öskürəyin soyuqdəymə, qrip, allergiya kimi bir çox səbəbi ola bilər. Bu vəziyyətdə immunitet sistemini gücləndirmək və öskürəyə səbəb olan xəstəlikləri sağaltmaq lazımdır.

Öskürəkdən qıcıqlanmış boğazın rahatlaması üçün bal yeməlisiniz. Balın dadı ağır gəlirsə, sarıkök və zəncəfil qarışdırıb yeyin. Antikabteriyal və antiviral xüsusiyyəti sayəsində uşaqlardakı gecə öskürəyinə yaxşıdır.

Bitki çayları öskürəklə müalicədə çox faydalıdır. Gün içərisində müəyyən fasilələrlə isti çay boğazdakı qıcıqlanmanı azaldır. Xüsusilə, şirinbiyan çayı faydalıdır.

Bol maye istehlak edin. Bitməyən öskürəyin ən sıxıntılı tərəfi yanan boğazdır. Bunun üçün bol su için.

Öskürəyin səbəblərindən biri allergiyadır. Ondan xilas olmaq üçün evinizi, otaqları tozdan təmizləyin.

Aysel Yaqubqızı / Metbuat.az

Boğaz ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR