"Qarabağ" Türkiyəyə gedir

"Qarabağ" Türkiyəyə gedir
22:31 9 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" sabah Bakını tərk edəcək.

ANS PRESS-in məlumatına görə, 2014/15 mövsümünün ikinci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq komandanın 20 günlük istirahəti başa çatacaq.

"Qarabağ" Bakı-İstanbul-Antalya reysiylə qardaş ölkəyə hərəkət edəcək. Komanda Türkiyədə 21 gün təlim-məşq toplanışında olacaq və fevralın 1-də Bakıya dönəcək. Təlim-məşq toplanışı müddətində "Qarabağ" Bələk bölgəsindəki "İC Santai" otelində məskunlaşacaq.

21 gün ərzində komanda 6 yoxlama oyunu keçirəcək. "Qarabağ" yanvarın 17-də "Split" (Xorvatiya), 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya", 29-da "Mordoviya" (Rusiya), 31-də isə "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR