UEFA 2014-cü ilin ən yaxşı rəmzi komandasını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, qurumun rəsmi saytında keçirilən sorğuda ötən ilin "11-liy"i seçilib.
Rəmzi komandada ən çox "Bavariya"nın futbolçuları yer alıb. Münhen təmsilçisinin 4 futbolçusu ilin ən yaxşıları sırasına düşməyi bacarıb.
"11-lik"də Çempionlar Liqasının son qalibi "Real" (Madrid) 3, "Barselona", "Atletiko" (Madrid), "Mançester Yunayted" və PSJ hərəyə 1 oyunçu ilə təmsil olunub.
Ən çox səsi Kriştiano Ronaldo toplayıb. "Real"ın hücumçusu 78 faiz səs alıb. Onu komanda yoldaşı Serxio Ramos izləyir - 75. Lionel Messi cəmi 49 faizin etimadını qazanıb. "11-lik"də ən az səs toplayam futbolçu Zlatan İbrahimoviçdi - 28 faiz.
Qeyd edək ki, namizədlər sırasında Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan olsa da, təcrübəli futbolçu lazımi səs faizini toplaya bilməyib.
Qapıçı
Manuel Noyer (Almaniya, Bavariya) - 65%
Müdafiəçilər
Serxio Ramos (İspaniya, Real) - 75%
Filip Lam (Almaniya, Bavariya) - 66%
David Alaba (Avstriya, Bavariya) - 46%
Dieqo Qodin (Uruqvay, Atletiko) - 41%
Yarımmüdafiəçilər
Aryen Robben (Hollandiya, Bavariya) - 61%
Angel di Mariya (Argentina, Mançester Yunayted) - 44%
Toni Kroos (Almaniya, Real) - 41%
Hücumçular
Kriştiano Ronaldo (Portuqaliya, Real) - 78%
Lionel Messi (Argentina, Barselona) - 49%
Zlatan İbrahimoviç (İsveç, PSJ) - 28%