"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklillər qoyulub.