"Barselona"da heyətə düşə bilməyən Arda Turandan xəbər var.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü İstanbula gəlib.

Ailəsini və dotslarını ziyarət edən Ardanın "Qalatasaray" rəsmiləri ilə görüşəcəyi deyilir. Bu görüşdən sonra onun İstanbul klubunda qalıb-qalmayacağı dəqiqləşəcək.

Bildirilir ki, futbolçu özü Türkiyəyə dönməyə razıdı. Lakin klub əvvəlcə "Barselona"nı razı salmalıdı.

Qeyd edək ki, Ardanın "Monako", "Arsenal" və "İnter"in də maraq dairəsində olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində