Yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilən “Avtovağzal” stansiyasının ətrafında aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Bakı Metropoliteni QSC-dən ərazidə aparılan işlərin yaxın müddətdə tamamlanacağı bildirilib. Vurğulanır ki, ətraf abadlaşdırıldıqdan sonra stansiya sərnişinlərin ixtiyarına veriləcək.
Milli.Az axar.az-a istinadən ətrafında abadlıq işləri aparılan piramida formalı “Avtovağzal” stansiyanın ilk görüntüsünü təqdim edir.
Milli.Az