Məşhur rusiyalı reper Paris terroruna görə günahlandırıldı (VİDEO, FOTO)

Məşhur rusiyalı reper Paris terroruna görə günahlandırıldı (VİDEO, FOTO)
00:36 10 Yanvar 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış reperi Timati haqqında yayılan xəbərlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Timati bildirib ki, onun Fransada jurnalistlərin öldürülməsi ilə bağlı sevinci internet saxtakarlığıdır.

31 yaşlı reperin adından saxta "İnstagram" profili yaradılıb. Fransada "Şarli-Ebdo" satirik jurnalının redaksiyasına edilən hücumdan sonra isə həmin profildə Timatinin adından sevincli status paylaşılıb. Guya statusda Timati Rusiyaya qarşı sanksiyalar tətbiq edən Fransada belə hadisənin baş verməsinə sevinib.

Statusu paylaşan Fransa və ABŞ prezidentlərinin mavi olduğunu yazıb, həmçinin Almaniya kansleri Angela Merkeli də təhqir edib. Ukrayna jurnalistləri də məhz bu profilə istinad edərək Timatinin Fransadakı terror aktını dəstəklədiyini yazıblar.

Reper Timati isə jurnalistlərə açıqlamasında bu profilin ona aid olmadığını deyib. O, həmçinin Fransada redaksiyaya edilən hücum zamanı ölənlərin ailələrinə də baş sağlığı verib.

"Təbii ki, mən heç vaxt terrorçuların etdiklərini dəstəkləməmişəm. Bu, əxlaqsızlıqdır. Mən ölənlərin ailələrinə baş sağlığı verirəm. Avropada indi çox çətin dövrdür. Onların çoxlu daxili problemləri var", - deyə Timati bildirib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR