Bakıda mənzildən 10 min dollar və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs tutulub

12:52 9 Aprel 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Aprel 2015 12:45 ]


 

Bakı. Fuad Cəfərov – APA. Bakıda mənzildən pul oğurlayan şəxs saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvarın 31-də Bakının Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlayan Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanan qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satıldığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/379005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR