Kadırovdan polisə şikayət

Kadırovdan polisə şikayət
01:46 10 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

"Exo Moskvı" (Эхо Москвы) radiostansiyasının baş redaktoru Aleksey Venediktov Çeçenistan lideri Ramzan Kadırovdan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, Venediktov bildirib ki, çeçen liderinin onun və radiostansiyanın ünvanına səsləndirdiyi fikirlər hədə doludur.

"Mən Ramzan Kadırov tərəfindən səsləndirilən hədələrə çox ciddi şəkildə yanaşıram. Ona görə də yaxın günlərdə Rusiya hüquq-mühafizə orqanlarına müraciət edəcəm", deyə Venediktov bildirib.

O, Kadırovun ittihamlarını təkzib edib. Baş redaktor bildirib ki, "Exo Moskvı" radiostansiyası antiislam kampaniyası aparmır.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir etməyə cəhddə günahlandırıb.

Kadırov bildirib ki, baş redaktorun bu hərəkəti Rusiyada etnik zəmində qarşıdurmalara səbəb ola bilər.

""Exo Moskvı" radiosunun rəhbəri Aleksey Venediktov Peyğəmbərin (s.a.s) karikaturasının kütləvi informasiya vasitələrində nəşr edilməsinin nə dərəcədə doğru olub-olmadığı barədə sorğu keçirir. Bu təxribat xarakteri daşıyır. Sorğu Rusiyada və dünyada yaşayan müsəlmanları təhqir edir, xaosa və qarşıdurmalara hesablanıb" , - deyə Kadırov İnstagram səhifəsində yazıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR