"Neftçi" daha iki futbolçusu ilə yollarını ayırdı

“Neftçi” klubu iki futbolçu ilə yollarını ayırıb.

Metbuat.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirən yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə isə uzadılmayacaq.

Qapılara 8 qol vurulmasına baxmayaraq... - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR