Fransa polisi gülünc vəziyətə düşdü (VİDEO)

Fransa polisi gülünc vəziyətə düşdü (VİDEO)
03:36 10 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Fransa xüsusi təyinatlı polislərinin ötən gün keçirdiyi əməliyyat sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

ANS PRESS-in məlumatına görə, 12 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi şübhəlilərinin yaxalanması üçün Fransa polisi 90 minlik şəxsi heyəti ilə əməliyyat keçirib. 2 nəfər şübhəlinin ələ keçirilməsi üçün keçirilən əməliyyat birbaşa efirlə bütün dünyada nümayiş olunub.

Fransa dünyaya əzələ nümayiş etdirməyə çalısa da əməliyyat zamanı vaxtaşırı gülməli anlar da qaçılmaz olub. Belə ki, bir parkın dik yamacına dırmanmağa çalışan xüsusi təyinatlı polisin ayağının sürüşməsi və bunun təkrarlanması müzakirələrə səbəb olub.

Bəzi sosial şəbəkə istifadəçiləri düşüncələrini, Parisin mərkəzində rahatlıqla terror aktı törədənləri bu polismi tutacaq? – sözləri ilə ifadə ediblər.

Həmin anları əks etdirən videonu ANS PRESS oxucularına təqdim edirik.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR