Вritaniya qorxu içində

Вritaniya qorxu içində
06:06 10 Yanvar 2015
163 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə “Şarli Hebdo” redaksiyasına terror hücumu ilə bağlı Britaniyanın sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.

ANS PRESS-in məlumatına görə, Britaniya Daxili İşlər naziri Tereza May elan edib ki, Fransadan Britaniyaya gələn sərnişin, avtomobil və yüklərin yoxlanılması sərtləşdirilib. Onun sözlərinə görə, söhbət qabaqlayıcı tədbirlərdən gedir.

Bu arada Mİ-5 Britaniya kəşfiyyat xidmətinin başçısı Andry Parker Britaniyada yeni terror hücumu təhlükəsinin gücləndiyini bildirərək ölkənin hüquq mühafizə orqanlarının bütün terror aktalrının qarşısını ala bilmək vəziyyətində olmadığına diqqəti çəkib.

Parkerin fikrincə, son aylar ərzində polis və Mİ-5 ölkədə 3 terror hücumu cəhdinin qarşısını allıb.

2013-cü ilin mart ayında Mİ-5 rəhbəri təyin edilmiş Andry Parker Londonda keçirdiyi mətbuat konfransında Suriyadakı Əl-Qaidə ekstremistlər qrupunun Qərb ölkələrindəki hədəflərə qarşı hücumlar planlaşdırdığını bildirib.

O, Suriya və İraqda İŞİD tərəfində döyüşən Britaniya vətəndaşlarından danışaraq belə könüllülərin sayının 600 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, Mİ-5 tərəfindən keçirilən antiterror əməliyyatlarının əksəriyyəti kiber məkanda elektron yazışmaların əldə edilməsi texnologiyalarına əsaslanır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR