8 mindən çox adam öldü

8 mindən çox adam öldü
06:41 10 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

“Ebola” virusundan ölənlərin sayı səkkiz min nəfəri ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 8 289 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 20 792 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Liberiyada 8 263 yoluxma faktından 3 515, Syerra Leonedə 10 030 yoluxma faktından 2 977, Qvineyada isə 2 793 yoluxma faktından 1 797 insan ölümü qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.

Qeyd edək ki, Dünya Bankının ekspertlərinin hazırladığı son məruzədə Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR