Hamı “iPhone”u Çindən alır

Hamı “iPhone”u Çindən alır
07:46 10 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

“UBS” şirkətinin yeni hesabatına əsasən, “iPhone 6” və “iPhone 6 Plus” modellərinin çıxarılması sayəsində “iPhone”un tədarük həcminə görə dünyanın ən böyük bazarı olmuş Çin ilk dəfə ABŞ-ı ötüb.

ANS PRESS-in məlumatına görə, ötən ilin dördüncü rübündə “Apple”ın tədarük edilmiş smartfonlarının 35 faizi Çin bazarının payına düşüb, halbuki ABŞ üçün bu göstərici 24 faiz təşkil edib. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

Ekspertlərin qiymətləndirməsinə görə, ötən ilin son rübündə “Apple” 69,3 milyon smartfon satıb ki, bu da rekord göstəricidir. Hələ payızda “alma” şirkətinin direktoru Tim Kuk bildirmişdi ki, güman ki, zamanla Çin “Apple”ın ən böyük gəlir mənbələrindən biri olacaq.

Ötən ilin noyabrına olan məlumata görə, “Samsung” Çində ən nüfuzlu mobil brendlərin reytinqində aparıcı mövqeyini “Apple” şirkətinə verib. Cənubi Koreya şirkəti 2012-ci ildən reytinqdə liderlik edib. 2014-cü ildə amerikalılar Çində istehlakçıların brendə loyallığını yüksəltməyə nail olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR