Məşhur teleaparıcı alt paltarını başına geyindi (FOTO)

Məşhur teleaparıcı alt paltarını başına geyindi (FOTO)
08:36 10 Yanvar 2015
279 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin ən çox izlənən televiziya proqramlarından birində aparıcılıq edən Öykü Serter yenə geyimi ilə məsxərə obyekti olub.

ANS PRESS-in məlumatına görə, Türkiyənin “Show TV” telekanalında yayımlanan “Bu tarz benim” (“Bu tərz mənim”) yarışmasının aparıcısı Öykü Serter sosial şəbəkədə paylaşdığı fotoşəkillə izləyicilərini heyrətləndirib.

Məşhur teleaparıcı “Instagram” hesabında başına alt paltarını keçirərək çəkdirdiyi fotoşəkli paylaşıb. Kompleksdən uzaq olan Serterin bu cəsarətli addımı yeddi mindən çox izləyisi tərəfindən bəyənilib.

Teleaparıcı olmaqla yanaşı, üzgüçülük üzrə Türkiyə millisinin üzvü olan Öykü sosial şəbəkədəki çılğınlığı ilə diqqət mərkəzində olmağı bacarır.
Xatırladaq ki, o, 3 ay əvvəl aparıcılıq etdiyi proqramda isə sinə hissəsi alt paltarı formasında olan geyimi ilə mediada səs-küy yaratmışdı.

Aparıcının sözügedən fotoşəklini təqdim edirik:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR