Dünya ulduzları hər zaman geyimləri ilə diqqət mərkəzində olmaqla yanaşı, özəl günləri ilə də yaddaşlarda qalmağı sevirlər. Üstəlik, söhbət gəlinlikdən gedirsə, rəqabət hissi daha güclü olur.

Milli.Az axşam.az-a istinadən indiyədək ulduzların geyindiyi ən bahalı gəlinlikləri təqdim edir:

2000-ci ildə Bred Pittlə ailə quran Cennifer Enistonun gəlinliyi 50 min dollara idi.

Hollivud ulduzu Qreys Kelli Monako knyazı III Rene ilə 1959-cu ildə ailə qurub. Gəlinliyinin qiyməti 60 min dollar olub.

2000-ci ildə Qay Riçi ilə ailə quran Madonnanın gəlinliyi 80 min dollara idi.

ABŞ prezidenti Donald Trampla 2005-ci ildə ailə quran Melaniya 100 min dollarlıq gəlinlik geyinmişdi.

1999-cu ildə Devid Bekhemlə ailə quran Viktoriyanın gəlinliyi 100 min dollara idi.

2012-ci ildə Castin Timberleyklə ailə quran Cessika Billin gəlinliyi 100 min dollara idi.

2000-ci ildə Maykl Duqlasla ailə quran Ketrin-Zeta Consun gəlinliyi 140 min dollar idi.

2011-ci ildə şahzadə Uilyamla ailə quran Keyt Middltonun gəlinliyi 250 min dollar idi.

Bu il iş adamı Vernar Myuntsla ailə quran Viktoriya Svarovskinin gəlinliyinin qiyməti 1 milyon dollar idi.

Milli.Az