Pakistanın Ravalpindi şəhərində məscidin qarşısında törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Qeyd olunur ki, o, məscidə daxil olarkən partlayış baş verib. Partlayış zamanı çoxlu sayda mömin məsciddə dini bayram qeyd edirmiş.
Milli.Az
Milli.Az