Rumıniyanın "Dinamo" klubunun futbolçusu Steliano Filip Azərbaycanda çıxış edə bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, müdafiəçi komandasını dəyişmək istəyir.
O, artıq rəhbərliyə Buxarest təmsilçisindən ayrılmaq istədiyini bildirib.
"Dinamo"nun sahibi isə öz növbəsində Rumıniya millisinin üzvünün gedişinə problem yaratmayacaqlarını söyləyib. Amma rəhbərlik Filipə 400 min avro təzminat qiyməti qoyub.
Futbolçunun meneceri isə bildirib ki, Azərbaycan və Türkiyədən 23 yaşlı müdafiəçi ilə maraqlanan klublar var. Ancaq həmin komandaların adlarını açıqlamayıb. Futbolçu üçün yeganə rəsmi təklif İtaliya B Seriyasından gəlib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində