"Barselona"dan ayrılacağı deyilən Arda Turan "Beşiktaş"a transfer olunacağı barədə xəbərlərə münasibət bildirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Arda yaxın dostları ilə söhbətdə Türkiyədə "Qalatasaray"dan başqa komandada oynamacağını deyib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Xatırladaq ki, bir müddət öncə "Beşiktaş"ın prezidenti Fikrət Orman da klubda Arda Turanın mövqeyində bir neçə futbolçunun çıxış etdiyini, onun transferinin gündəmlərində olmadığını açıqlamışdı.
"Beşiktaş"dan başqa, "Başakşəhər" və "Trabzonspor"un da 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olduğu iddia edilirdi. Arda isə son açıqlaması ilə bütün bu söz-söhbətlərə son qoyub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində