Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,95% - 17 737,37 bəndədək, S&P 500 0,84% - 2 044,81 bəndədək NASDAQ 0,68% - 4 704,07 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,05% - 6 501,14 bəndədək, Fransa CAC-40-ı 1,90% - 4 179,07 bəndədək, Almaniya DAX-ı isə 1,92% -9 648,50 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,18% - 17 198 bəndədək, Hang Seng 0,35% - 23 919,95 bəndədək artıb, Shanghai 0,24% -3 285,41 bəndədək azalıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 1 216,10 dollara, gümüş isə 16,42 dollara satılıb.