"O məndə ayrılsa da, hələ də onu sevirəm. Yolunu gözləyirəm. Onu gerçəkdən sevirəm".
İngiltərənin Kent qraflığının Sendviç şəhərinin sakini Red Klements əri ilə yenidən birlikdə yaşayacağına ümid edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 79 yaşlı Red Klements Sendviç şəhərindəki kilsələrdən birində keşiş idi. O, internetdə homoseksualların tanışlıq saytlarından birində 24 yaşlı Florin Marinlə tanış olub, rumın "mavi" modelə aşiq olub.
Klementslə Marin evləniblər. Daha doğrusu, ahıl keşiş gənc modelə "ərə" getmişdi.

Nikah mərasimi aprel ayında " Ramsgate Register Office"də olmuşdu.
Toydan az sonra Filipp Klements "əri"nin təkidi ilə Sendviçdəki evini 214750 funt-sterlinqə satıb. "Sevgililər" Rumıniyanın paytaxtı Buxarestə yollanıblar.
Klements orada 100 min avroya mənzil alıb və "əri" Florin Marinin adına rəsmiləşdirib.
Rəsmiləşdirmə əməliyyatı başa çatandan cəmi iki gün sonra Florin "arvadı"na, qoca Klementsə boşanmaq istədiyini söyləyib.
Məhkəmənin qərarına görə, Buxarestdəki mənzil Florin Marinə qalıb, Red Klements isə geriyə, Sendviç şəhərinə qayıtmalı olub.
Aldadıldığını anlasa da, Klemenets "əri" Marini hələ də sevdiyini söyləyir.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin