Bu gəncləri tanıyın (FOTO)

Bu gəncləri tanıyın (FOTO)
10:31 10 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Şirvan şəhər polis şöbəsinə şəhər sakini Laçın Muradova məxsus ayaqqabıların oğurlanması ilə bağlı məlumat daxil olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, məlumat daxil kimi əməliyyatçılar dərhal hərəkətə keçiblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri Əvəzağa Həşimov, Zaur İbrahimov, Orxan Hüseynov və Orxan Nuruzadə şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq şəhərin Xaqani küçəsi 322 ünvanda yerləşən həyətyanı sahəyə daxil olublar. Sonra onlar həmin ünvanda olan tikilinin içərisindən Laçın Muradova məxsus 110 ədəd kişi, 30 ədəd uşaq ayaqqabısı oğurlamaqla zərərçəkmişə 2 min 500 manat miqdarında maddi ziyan vurublar.

İstintaq davam etdirilərkən həmin şəxslər tərəfindən Şirvan şəhər sakini Səməd Bağırova məxsus “VAZ-2106” markalı avtomobilin oğurlanması faktının üstü açılıb.

Şöbədə saxlanılan həmin şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, cinayətkarların oğurladıqları ayaqqabılar və avtomobil maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb, araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR