"Beşiktaş"dan Cenk Tosunun transferini həll edən "Everton" daha bir türk futbolçunu heyətinə qatmaq istəyir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.

İspan nəşri iddia edir ki, Premyer Liqa klubu "Barselona"dan gedəcəyi gözlənilən Arda Turanı transfer etməyə çalışır. Türk futbolçunu İngiltərənin başqa bir klubu - "Arsenal" da transfer etmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində