Müğənni Sıla Gençoğlu ilə sevgilisi, aktyor Ahmet Kural ötən gün hava limanında görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Kiprdə konsert verən Sıla İstanbula geri dönüb. Konsert boyu sevgilisini tək qoymayan Ahmet də onunla birlikdə olub.
Kameraları görən cütlük hava limanından ayrı-ayrı çıxsa da, eyni avtomobilə minərək ərazidən uzaqlaşıb. Sevgili olduqlarını yenə gizlətməyə çalışsalar da, amma diqqətdən yayına bilməyiblər.
Milli.Az