"Everton" klubu "Beşiktaş"la Cenk Tosunun transferini razılaşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liverpul təmsilçisinin nümayəndəlkəri "qara qartallar"ın prezidenti Fikret Orman ilə görüşdə Tosuna görə təklif edilən məbləği 27 milyon funta qaldırıb. Orman bundan sonra transferə razılıq verib.

Bir neçə gündür Londonda olan 26 yaşlı Cenk artıq rəsmi imzalama vaxtını gözləyir.

Transfer baş tutsa, Cenk türk klubundan ən böyük məbləğə ayrılan futbolçu olacaq.

Bu rekord hələlik 12 milyon avroya "Qalatasaray"dan "Atletiko Madrid"ə keçən Arda Turana məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində