Arda Turan "Başakşehir"lə razılaşdı.

Milli.Az Day.Az-a istinadən bildirir ki, "Yeni Şafak" qəzeti Arda Turanın "Başakşehir"lə 6 aylıq müqavilə imzaladığını, mövsüm sonunda da Çinə gedəcəyini yazıb.

Katalon klubunda forma geyə bilməyən və bir müddətdir özünə klub axtaran Ardanın "Başakşehir"lə əl sıxdığı qeyd olunub.

İstanbul klubunun milli futbolçuyla 6 aylıq razılığa gəldiyi və transferin bu gün, ya da bazar ertəsi açıqlanacağı qeyd edilib.

"Medipol" "Başakşehir" klubunun il sonunda çinli iş adamlarına satılacağı və Arda Turanın da klubu satın alan iş adamının Çindəki komandasında bir il forma geyinəcəyi deyilib.

Xatırladaq ki, Arda Turan 55 matçlıq "Barselona" karyerasında 15 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində