Cənubi Koreyada dəhşətli yanğın: ölənlər və xeyli sayda yaralılar var

Cənubi Koreyada dəhşətli yanğın: ölənlər və xeyli sayda yaralılar var
11:32 10 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada yaşayış evində baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 101 nəfər xəsarət alıb
APA-nın “The Korea Herald” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə bu gün Iyconbu şəhərində baş verib.

İlkin məlumatlara görə, yanğına səbəb poçt qutusunun alışması olub. Alovun miqyası genişləndiyindən binaya əsas giriş bağlanıb. Bu üzdən yanğınsöndürənlər insanları helikopterlərlə damdakı çıxış vasitəsi ilə təxliyyə ediblər.

Yanğının söndürülməsinə 25 yanğınsönürən briqada cəlb olunub. Əməliyyat bir neçə saat davam edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR