Göyçayda “Uğur akademiyası” fəaliyyətə başladı

Göyçayda  “Uğur akademiyası” fəaliyyətə başladı
11:39 10 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Uğur akademiyası” adlı layihənin icrasına başlayıb. Lent.az-ın məlumatına görə, gənclərin kənd təsərrüfatı sahəsində məşğulluq probleminin həllinə töhfə vermək, insan kapitalı resurslarının inkişafına dəstək olmaq, regionun sosial-iqtisadi inkişafına kömək etmək məqsədilə həyata keçirilən layihədə Göyçay, Ucar və Ağdaş rayonlarından olan 50 nəfər gənc iştirak edir. Əvvəlcə gənclər arasında sosioloji sorğu keçirilib. Gənclərin ixtisas və bacarıqlarına uyğun iş yerləri tapmalarına, bununla da məşğuliyyətlərinin artırılmasına, o cümlədən cəmiyyətə daha tez inteqrasiya edilmələrinə yardım göstərmək məqsədilə təşkilatın ofisində təlimlər keçiriləcək.   

 

Həmçinin, şəxsi inkişafın ictimai statusunun yüksəldilməsi, şəxsi inkişafa həvəsin oyadılması, peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və şəxsi inkişaflarında fərqlənən gənclər üçün dövlət və özəl müəssisələrinə öyrənmə səfərləri təşkil edilməsi təmin ediləcək. Regionda gənclərin məşğulluq imkanlarının artırılmasına və onların peşə təhsili üzrə kurslara cəlb olunmasına şərait yaradılacaq. Bununla əlaqədar xüsusi təlim vəsaiti hazırlanıb.

 

Qeyd edək ki, gənclər və idman, kənd təsərrüfatı nazirliklərinin əməkdaşlarının, bu sahədə təcrübəli ekspertlərin iştirakı ilə yanvarın 24-də Göyçayda forum keçirilməsi planlaşdırılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR