Son günlərdə "Barselona"dan ayrılaraq Türkiyənin "Başakşehir" klubu ilə müqavilə imzaladığı deyilən Arda Turan gündəmdən düşmür. Futbolçu kariyerası haqqında yalan-yanlış xəbərlər yazan saytları tənqid edib.

Publika.az xəbər verir ki, futbolçu Arda Turan Türk mətbuatında yayımlanan xəbərlərdən hiddətlənib. "Mən heç vaxt Terim ilə işləmərəm" başlıqlı xəbərə aydınlıq gətirib.

Arda Turan OD PÜSKÜRDÜ: "Məni rahat buraxın"

Təcrübəli futbolçu özünün "tvitter" səhifəsində yazıb: "Mətbuatda yayılan xəbərlər yalandır, iftiradır. Mən elə açıqlama verməmişəm. Əziz böyüyüm Mehmet Ağarla bizim aramızda belə bir danışıq olmayıb. Bu, sizin xəyal dünyanızın məhsuludur. Reytinq uğruna yaydığınız yalan-yanlış xəbərləri lütfən özünüzə saxlayın və məni rahat buraxın".

Könül Cəfərli