“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan tibbi müayinə zamanı braziliyalı yarımmüdafiəçinin sağ budunda zədə aşkarlanıb. O, 3 həftə ərzində komandaya kömək edə bilməyəcək.
İspaniya mətbuatının yazdığına görə, “Barselona” rəhbərliyi zədə barədə öncədən xəbərdar olub və bunu ciddi problem hesab etməyib.
28 yaşlı futbolçunun yaxın saatlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Artıq braziliyalı futbolçunun formalarının satışına start verilib. Koutinyo “Barselona”da Türkiyə yığmasının üzvü Arda Turana məxsus 7 nömrəli futbolka ilə çıxış edəcək. Turanın isə karyerasını “Başakşehir”də davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Koutinyonun İngiltərə təmsilçisi “Liverpul”dan transferi “Barselona”ya 160 milyon avroya başa gəlib.