"Başakşehir"in prezidenti Göksal Gümüşdağ Arda Turanın transferini bitirmək üçün şəxsi təyyarəsiylə İspaniyaya uçub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Ardanı 1,5 illiyə icarəyə vermək üçün "Başakşehir"dən 2 milyon avro tələb edib. Bundan əlavə Ardanın maaşını da "Başakşəhər" ödəməlidir. Təklif Gümüşdağın ürəyincə olmayıb və danışıqların bu gün davam etməsi gözlənilir.
Qeyd edək ki, Koutinyonun gəlişində sonra Ardanın "Barca"dan ayrılacağı dəqiqləşib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində