Azərbaycanlı müğənni: "Oğlanlarımla mübarizə aparıram..."

Azərbaycanlı müğənni: "Oğlanlarımla mübarizə aparıram..."
12:17 10 Yanvar 2015
199 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İzzət Bağırov oğlanlarına qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Star life” verilişinə açıqlamasında onların müğənni olmasına icazə vermədiyini deyib:

“Övladlarımla gündəmə gəlmək istəmirəm. Mənim öz sənətimə nə olub ki, uşaqlarımla gündəmdə qalım? Bir-iki dəfə verilişlər çəkmək istəyib. Oğlan olduqları üçün icazə vermişəm. Amma daha qoymuram. Mən oğlanlarımla mübarizə aparıram ki, gələcəkdə müğənni olmasınlar. Olmaz... Bu sənətdə o qədər əziyyət çəkmişəm ki... Bütün gəncliyim gedib. İstəmirəm uşaqlarım da bunu yaşasınlar. İdmançı, həkim, hakim olsunlar, amma müğənni, əsla!”

Qeyd edək ki, İ.Bağırovun üç oğlu var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR