Azərbaycanda uşağı ölü doğulan ana bir saat yaşadı

Azərbaycanda uşağı ölü doğulan ana bir saat yaşadı
12:32 10 Yanvar 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

Qax rayonunda ana və körpə ölümü baş verib
Ölən ananın yaxınları APA-ya bildiriblər ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qax Rayon Mərkəzi Xəstəxanasından isə APA-ya bildirilib , üçüncü hamiləliyi olan Q.Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub: "Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib”.

Xəstəxanadan, həmçinin bildirilib ki, Q.Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR