Fürsətcil taksi sürücüləri

Fürsətcil taksi sürücüləri
12:42 10 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Qarın yağmasına demək olar ki, hər kəs sevinir. Ən çox sevinənlər isə taksi sürücüləridir. Çünki müştəriləri əvvəlki günlərə nisbətən mənzil başına baha qiymətə aparırlar.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkidə fəaliyyət göstərən bəzi taksi sürücüləri qiymətləri süni olaraq artırıblar. Adi günlərdə şəhərdaxili taksi xidməti 1-2 manat idisə indi bu qiymət 2-3 manatdır. Şəhər mərkəzindən kəndlərə gediş haqqında isə 3 manata qədər artım müşahidə olunur.
Səbəb yolların qarlı və buzlu olmasıdır. Taksi sürücüləri belə havada avtomobili idarə etməyin çətin və riskli olduğunu, bu üzdən qiyməti artırmağa məcbur qaldıqlarını bildirirlər. Belə ki, əvvəl təqribən 10 dəqiqə ərzində qət edilən yola indi 1 saata yaxın vaxt sərf olunur. Nəticədə yanacaq sərfiyyatı artır.

Lakin bunu bütün sürücülərə şamil etmək olmaz. Bu vəziyyətin müvəqqəti olduğunu bildirən bəzi sürücülər mənfəət düşünmədən qiyməti olduğu kimi saxlayıblar.
Ancaq səbəb hər nə olursa olsun, süni qiymət artımı yolverilməzdir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsindən qiymət artımına yol verən taksi sürücülərinin cəzalandırılacağını bildirilir.

İdarə rəsmisi bir daha belə sürücülərə xəbərdarlıq edir. Sərnişinlərdən isə bu kimi hallarla rastlaşan zaman idarəyə məlumat vermələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR