İspaniyanın “Barselona” klubunun üzvü Arda Turanın Türkiyənin “Başakşehir” klubuna keçidi reallaşıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Başakşehir” klubu yarımmüdafiəçini 2,5 illik icarəyə götürüb.
Ardanın bu gün Türkiyəyə gələcəyi gözlənilir.